Türkiyə İŞİD-in saytını blokladı

19.08.2015 17:45     Dünyadan reaksiya     2516

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının türk dilində fəaliyyət göstərən internet saytı ilə saytın rəsmi twitter hesabına Türkiyədə giriş məhdudlaşdırılıb.

Reaksiya.az xəbər verir ki, İŞİD-in Darülxəlifə  adlı saytı və twitter hesaba qarşı blok qərarını “terror təşkilatının təbliğatı” apardığına görə Telekommunikasiya Rabitə Rəhbərliyi (TİB)  alıb.

Qeyd edək ki, Türkiyə daha əvvəl də İŞİD-ə aid saytları bağlayıb. Bundan sonra  təşkilat başqa adlarla yeni internet saytları açmışdı.

İŞİD-in türkcə fəaliyyət göstərən veb saytları təşkilatın mərkəzi olan Rakka şəhərindən idarə edilir.

İŞİD dəhşət saçan videoları və edam səhnələrini internet saytları və sosial media vasitəsilə dünyaya çatdırır.

Şərhlər

Çox oxunanlar