ABŞ-da baş verən partlayışda azı 1 nəfər ölüb, 9 nəfər yaralanıb

19.01.2022 08:34     Dünyadan reaksiya     296

ABŞ-ın Nyu-York şəhərində baş verən partlayışda azı 1 nəfər ölüb, daha 9 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Reuters” Nyu York Yanğınsöndürmə İdarəsinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə Bronksdakı yaşayış binasında, yerli vaxtla səhər saat 11 radələrində (Bakı vaxtı ilə saat 20:00-da) Foks küçəsində baş verib. Partlayış yanğına səbəb olub, nəticədə binanın bir hissəsi çöküb.

CBS telekanalının məlumatına görə, partlayışın səbəbi hələ dəqiq məlum deyil. Ehtimal edilir ki, partlayışa qaz sızması səbəb olub. Telekanalın məlumatına görə, 82 yaşlı qadın ölüb, xəsarət almış daha bir qadının vəziyyəti ağırdır.

Şərhlər

Çox oxunanlar