Polşa prezidentindən Ukrayna ilə bağlı - Yeni təklif

19.08.2015 17:42     Dünyadan reaksiya     2116

Bu gün üçün Normandiya formatındakı dəyişikliklər məna daşımır; Aİ dövlətləri, ABŞ və Ukrayna rəhbərliklərinin iştirakı ilə yeni format lazımdır.

Reaksiya.az-ın məlumatına görə, bunu “Politico”ya müsahibəsində Polşa prezidenti Anjey Duda bildirib.

Bundan əvvəl Normandiya formatına dəyişikliklərə inad edən prezident indi bunun mənasını itirdiyi fikrindədir.

O, münaqişənin dinc yolla nizamlanması üçün prosesə Avropa liderləri ilə yanaşı ABŞ rəhbərliyini də cəlb etməyin vacibliyini vurğulayıb.

O, proseslərə Polşanın cəlb olunmamasında Ukraynanı günahkar bilmir: “Mən bu məsələdə Polşa hökumətinin maraqlı olmadığını gördüm. Hesab edirəm ki, bu düzgün siyasət deyil. Biz daha aktiv siyasət aparmalıyıq”.

Polşa XİN-dən də verilən açıqlamada bildirilib ki, danışıqlarda Varşavanın da iştirakı istisna olunmur.

Şərhlər

Çox oxunanlar