İsrail Almaniyadan yeni sualtı qayıqlar alacaq
20.01.2022 13:45 Dünyadan reaksiya 372
Almaniyanın "ThyssenKrupp” şirkəti İsrail üçün 3 milyard avro məbləğində yeni "INS Dakar” seriyalı 3 sualtı qayıq istehsal edəcək.
Bununla bağlı İsrail və Almaniya Müdafiə nazirlikləri şirkətlə müvafiq müqavilə imzalayıb. İsrail Müdafiə Nazirliyi bildirib ki, həmin gəmilərdən birincisi qarşıdakı 9 il ərzində tədarük ediləcək.
Müqavilənin bir hissəsi iki ölkə arasında 2017-ci ildə imzalanmış sazişə uyğun olaraq, Almaniya hökuməti tərəfindən maliyyələşdiriləcəyi də diqqətə çatdırılıb.
Bundan əlavə, Almaniya tərəfinin İsrail sənayesinə, o cümlədən müdafiə təyinatlı istehsala 850 milyon avro məbləğində sərmayə qoyulmasını nəzərdə tutan strateji sənaye sazişi imzalanıb.(sfera)
Şərhlər