Kredit borcu olanlara bəd xəbər

19.08.2015 17:57     Dünyadan reaksiya     3515

Rusiyada qarşıdan gələn oktyabr ayında fiziki şəxslərə dair iflas qanununun qüvvəyə minməsindən sonra 2 milyondan çox adamın özünü iflasa uğramış kimi göstərəcəyi bildirilir.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Rusiyanın Mərkəzi Bankı yayıb.

Məlumata əsasən, Rusiyada fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının ümumi həcmi 3 trilyon rubla çatıb. İlin sonuna qədər bu rəqəmin 1 trilyon rubla qədər çatacağı gözlənilir.

Rusiyada 1 oktyabr 2015-ci il tarixindən qüvvəyə minəcək olan qanundan sonra ən azı 500 min rubl borcu olan vətəndaşların iflas qeydiyyatına düşəcəyi təxmin olunur.

 

Şərhlər

Çox oxunanlar