Tokayev etiraf etdi: İğtişaşların kökündə bu dayanırdı

21.01.2022 12:15     Dünyadan reaksiya     410

Ölkədə baş verən iğtişaşların kökündə varlılarla kasıbların gəlirləri arasındakı uçurum dayanır.

Bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev deyib.

“Varlı ilə kasıb arasındakı uçurum qəbuledilməz həddə çatıb. Sizə yaxşı bəlli olan korrupsiya fonunda gəlirlərdəki bu təbəqələşmə terrorçuların və onların arxasında duran sui-qəsdçilərin istifadə etdikləri barıt çəlləyində yandırılmış kibrit rolunu oynadı”, - Tokayev bildirib.

Onun sözlərinə görə, baş verənlər illərdir yığılıb qalmış problemləri üzə çıxarıb.(axar)

Reaksiya.az

Şərhlər