Paşinyan yenidən koronavirusa yoluxdu
26.01.2022 13:01 Dünyadan reaksiya 516
Ermənistanın Baş naziri Nikol Paşinyan COVID-19-a yoluxub.
"Reaksiya.az" xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat xidməti məlumat yayıb.
“Paşinyan koronavirus testindən keçib, nəticəsi müsbət olub. Baş nazir müəyyən olunmuş qaydada özünü təcrid edib, xəstəlik simptomsuz davam edir”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, o, distant rejimdə işləyəcək.
Xatırladaq ki, N. Paşinyan 2020-ci ilin iyununda da koronavirusa yoluxmuşdu.
Şərhlər