Lukaşenko Litvanı hədələdi

28.01.2022 17:13     Dünyadan reaksiya     360

Belarus ixrac yüklərinin tranziti ilə bağlı Litvadan məhdudiyyətlər yaranarsa, Minsk yüklərinin Rusiya limanlarına yönləndirilməsi və Litvanın öz ərazisindən ixracına qadağa qoyulması məsələsini nəzərdən keçirəcək.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Litvanın Çinə müharibə açması normaldırmı? Niyə? Yaxşı, Çin uzaqdadır, amma Belarusla niyə müharibə edirsiniz , niyə bizim mallarımız limana buraxılmır? Siz sadəcə olaraq müharibə aparırsız. Əvvəl iqtisadi, sabah qaynar müharibə... Siz liman iqtisadiyyatını məhv edəcəksiniz. İndi biz Rusiya ilə razılaşacağıq. Hər şeyi ora göndərəcəyik - həm Belarus, həm də Rusiya yüklərini, - Lukaşenko cümə günü Minskdə parlamentdə xalqa müraciəti zamanı deyib.

Lukaşenko bildirib ki, Belarus Litvanın Belarus vasitəsilə ixracına imkan verməyəcək: "Biz sizin Belarus vasitəsilə ixracınıza imkan verməyəcəyik - bu yolu unudun. Biz Rusiya ilə razılaşacağıq - və siz başqa yollara çıxmayacaqsınız. Niyə belə edirsiniz? Çılğınlıq hələ də nəzarət altında olduğu halda, gəlin normal əməkdaşlığa qayıdaq. Belarus-Litva iqtisadi müharibəsində Litva mütləq qalib olmayacaq".(unikal)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar