İstanbulda Dolmabağçaya silahlı hücum olub

20.08.2015 00:55     Dünyadan reaksiya     1917

Türkiyədə rəsmi dövlət binalarından biri olan Dolmabağça Sarayının giriş qapısında növbə çəkən polislər silahlı hücuma məruz qalıb.

 

Reaksiya.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində ölən olmayıb, bir polis işçisi yüngül yaralanıb. 
 

Türkiyə vaxtı ilə saat 14:40-da 2 silahlı şəxs əvvəlcə polislərə səs bombası atıb, ardınca atəş açıb. Polisin dərhal reaksiya verməsindən sonra təxribatçılar ərazidən qaçıb. Lakin polisin təqibi nəticəsində onlar Almaniya Baş Konsulluğu yaxınlığında saxlanılıblar.

Məlumata görə, saxlanılanların üzərində əl qumbarası və avtomat silah aşkarlanaraq götürülüb.

 

Həmçinin, saxlanılan şəxslərin avqustun 8-də hakim AKP partiyasının ofisinə edilən hücumla əlaqəli olduğu ehtimal edilir.  

 

Qeyd edək ki, tarixi Dolmabağça Sarayında Türkiyə baş nazirinin ofisi var.

 

Şərhlər

Çox oxunanlar