NATO-dan Rusiyaya xəbərdarlıq

20.08.2015 01:09     Dünyadan reaksiya     1924

NATO-ya üzv-dövlətlər Ukraynanın şərqindəki situasiyanı müzakirə edib və zorakılığın son kəskin eskalasiyasından ciddi narahatlıq keçirdiyini ifadə edib. Reaksiya.az-ın musavat.com-a istinadən verdiyi xəbərə görə, bu barədə Brüsseldə alyansın rəsmi nümayəndəsi bildirib.
“Bu gün NATO üzrə müttəfiqlər vəziyyəti müzakirə elədilər və ciddi narahatlıqlarını ifadə elədilər. Müzakirə zamanı müttəfiqlər bütün tərəfləri üçün gərginliyi azaltmağın zəruriliyini qeyd ediblər” – NATO-nun yaydığı kommünyükedə deyilir.
 
NATO onu da bəyan edib ki, separatçıların daha çox ərazi tutmağa yönəıik istənilən cəhdi beynəlxalq birlik uçun qeyri-məqbul sayılacaq. “Rusiya siyasi həll üçün məxsusi cavabdehlik daşıyır. Rusiyaya bağlı separatçıların Ukraynanın daha çox ərazisini zəbt eləmək cəhdləri beynəlxalq birlik uçun qəbuledilməz olacaq” – sənəddə vurğulanır.

Şərhlər

Çox oxunanlar