Rusiya şərtlərini AÇIQLADI: Ukrayna ilə gərginliyin azalması üçün...

10.02.2022 12:44     Dünyadan reaksiya     400

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna sərhədində gərginliyi azaltmaq üçün Moskvanın qərb ölkələri və NATO-ya şərtlərini açıqlayıb.

Reaksiya.az Teleqraf.com-a istinadən xəbər verir ki, Ukrayna-Rusiya sərhədində gərginlik haqqında danışan Mariya Zaxarova bildirib ki, Rusiyanın tələbləri netdir.

O sərhəddəki gərginliyi azaltmaq üçün qərb ölkələrinin Ukraynaya silah yardımını kəsməli, xarici qoşunların Ukraynanı tərk etməli olduğunu bildirib:

"Həmçinin NATO da bölgədəki təlimlərdən imtina etməlidir. Ukrayna ətrafında gərginliyi tez bir zamanda azaltmağın mümkün olduğunu düşünürük. Bunun üçün Ukraynaya silah daşınmasını dayandırmaq, Qərbin hərbi məsləhətçilərini və təlimçilərini bu torpaqlardan çıxarmaq, Ukrayna və NATO ölkələrinin birgə təlimlərini dayandırmaq, həmçinin Ukraynaya gətirilən xarici silahları geri çəkmək lazımdır”.

Reaksiya.az 

Şərhlər