"III dünya müharibəsi olmayacaq" - Kedmi

14.02.2022 12:47     Dünyadan reaksiya     395

Rusiya ilə Qərb ölkələri arasında yaranməş gərginlik artmaqdadır. "Ukrayna böhranı" adlanan yeni beynəlxalq hərbi-siyasi krizisin 3-cü dünya müharibəsi ilə yekunlaşacağı da proqnozlaşdırılır.
Hərbi ekspert və politoloq Yakov Kedmi isə yeni dünya müharibəsini real görmür.

AzVision.az xəbər verir ki, son prosesləri şərh edən ekspert deyib ki, "Dünya müharibəsi ola bilməz". Onun sözlərinə görə, Rusiya NATO bazalarına zərbələr endirsə, belə üçüncü dünya müharibəsi başlamayacaq. Çünki tərəflərdən birinin belə genişmiqyaslı hərbi əməliyyatlara hazır olmadığı üçün belə böyük, faciəvi müharibə mümkün deyil.

"Heç kim Amerika və ya Ukrayna prezidentinin və ya NATO baş katibinin nüfuzunu qorumaq üçün öz ölkəsini qurban verməyəcək"- Yakov Kedmi deyib.

Bundan əlavə, politoloqun sözlərinə görə, Qərb yaxşı bilir ki, Üçüncü Dünya müharibəsi Rusiyanı yox, ABŞ və bütün Avropa ölkələrini məhv edəcək. Kedmibelə hesab edir ki, belə bir nəhəng müharibənin başlanacağı təqdirdə Qərb ölkələrinin iki yolu olacaq. Onlar ya biabırçı şəkildə geri çəkilməyi seçəcəklər, ya da məhv olmağı.

Coğrafi mövqeyi və böyük ərazilərinə görə Rusiyanı tam şəkildə məhv etmək mümkün deyil. Lakin ABŞ və onun NATO müttəfiqlərinin yer üzündən silinməsi tamamilə realdır,-politoloq deyib.

Ekspertin sözlərinə görə, bunun üçün hətta ən yeni rus silahları da tələb olunmayacaq.

Qeyd edək ki, son aylar Rusiya ilə Qərb ölkələri arasında Ukrayna məsələsinə görə gərginlik yaranıb. Bu beynəlxalq hərbi-siyasi gərginliyi "Ukrayna böhranı" da adlandırırlar. NATO və ABŞ rəsmiləri Rusiyanın Ukrayna ilə sərhədə 100 mindən çox qoşun toplamasını Moskvanın qonşusunu işğala hazırlaşması ilə əlaqələndirib.

Rusiya rəsmiləri isə silahlı qüvvələrini öz ərazisində yerdəyişmə etmək üçün suveren hüquqa malik olduğunu bəyan edərək bu cür hərbi gedişlərin, heç kimi təhdid etmədiyini söyləyirlər. ABŞ və bəzi Avropa ölkələri Ukraynada yeni münaqişənin başlanacağı təqdirdə Rusiyanı “görünməmiş sanksiyalarla” hədələyir. Bunun fonunda Şimali Atlantika Alyansı da Şərqi Avropada mövcudluğunu gücləndirir.

Reaksiya.az

 

Şərhlər

Çox oxunanlar