“Ukrayna NATO-ya üzv olmaqdan imtina edə bilər”

14.02.2022 12:55     Dünyadan reaksiya     371

“Ukrayna Rusiya ilə müharibədən yayınmaq üçün NATO-ya üzv olmaqdan imtina edə bilər”.

Bunu Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko “BBC” radiosuna müsahibəsində deyib.

Aparıcının “Ukrayna rəhbərliyi bu məsələni nəzərdən keçirə bilərmi” sualına cavabında diplomat bildirib ki, bunu edə bilərdilər.

Onun sözlərinə görə, Ukrayna hər cür yolla, o cümlədən təhdidlərlə buna vadar edilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar