Lavrov Ukraynadakı hərbi əməliyyatın məqsədini açıqladı
18.03.2022 14:54 Dünyadan reaksiya 365
“Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatın məqsədi 8 il ərzində daim öldürülən, atəşə tutulan mülki əhalini müdafiə etməkdir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RT” telekanalına müsahibəsində deyib.
“Məqsəd belə bir təhlükənin Ukrayna ərazisindən gəlməməsi üçün ölkənin demilitarizasiyası, eləcə də Ukrayna, Rusiya, bütün Avropa ölkələri üçün bölünməz ümumi təhlükəsizlik prinsipinə əsaslanacaq təhlükəsizlik zəmanətlərinə nail olmaqdır. Biz bunu artıq uzun illərdir təklif edirik”, - deyə Lavrov söyləyib
Şərhlər