Zelenski muzdlulara səsləndi: "Bu, həyatınızın ən pis qərarı olacaq"
18.03.2022 15:12 Dünyadan reaksiya 365
Ukrayna prezidenti Volodimir Zelenski ölkəsində müharibəyə başlayan Rusiyanın ordusuna qoşulmaq istəyən muzdlulara səslənib.
Zelenski "Telegram” hesabında paylaşdığı videomüraciətində Rusiya-Ukrayna müharibəsinin 22-ci gününü dəyərləndirib.
Dünyanın ən böyük ordularından birinə qarşı ölkəni müdafiə etmək üçün döyüşdüklərini bildirib.
Rusiya ordusunun bəzi ölkələrdən muzdlu əsgərlər cəlb etməyə çalışdığını söyləyən Zelenski "İndi hər kəsə, Ukrayna ərazisində işğalçılara qoşulmağa cəhd edəcək hər kəsə xəbərdarlıq edirəm. Bu, sizin ən pis qərarınız olacaq. Uzunömür yaşamaq sizə təklif olunan puldan dəfələrlə yaxşıdır", deyə bildirib.
Minlərlə rus əsgərinin əsir düşdüyü, 13 mindən çoxunun isə öldürüldüyü barədə məlumatı paylaşan Zelenski rus ailələrinin öz övladlarını geri çağırmağı istəyib.
Zelenski bəyan edib ki, Ukraynanın səsini dünyaya çatdırmaq və qlobal sülhü möhkəmləndirmək üçün müxtəlif dövlətlərin parlamentlərində oxşar çıxışlar etməyə davam edəcək. Həm Avropa, həm də dünya liderlərinin Ukraynadakı vəziyyəti daha yaxşı anlamağa başladığını vurğulayan Zelenski Ukraynanı dəstəkləyən hər kəsə təşəkkür edib.
Şərhlər