Mariupolda teatrın bombalanması zamanı ölənlərin sayı açıqlandı

25.03.2022 16:09     Dünyadan reaksiya     332

Rusiya ordusunun Ukraynada Mariupol Dram Teatrını bombardman etməsi nəticəsində 300-ə yaxın adamın həlak olduğu bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mariupol şəhər şurasının Teleqaram səhifəsində məlumat yayılıb.

“Təəssüf ki, bu günə pis xəbərlə başlayırıq. Şahidlərin sözlərinə görə, Mariupol Dram Teatrında Rusiya təyyarəsinin bombardmanı nəticəsində 300-ə yaxın adam həlak olub”, - deyə paylaşımda qeyd olunub.

Sözügdən teatrda aralarında qadın və uşaqların da olduğu 1500-ə yaxın insanın gizləndiyi bildirilir.

Qeyd edək ki, Rusiya ordusu martın 16-da Mariupol Dram Teatrını bombardman etmişdi.

Reaksiya.az

Şərhlər