Ərdoğan Zelenski və Putinlə danışacaq

25.03.2022 16:27     Dünyadan reaksiya     420

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ukraynalı həmkarı Volodimir Zelenski ilə, həftə sonu isə rusiyalı həmkarı Vladimir Putinlə NATO-nun Brüssel sammitinin nəticələrini telefonla müzakirə etməyi planlaşdırdığını bildirib.

Bu barədə Ərdoğan Brüsseldən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib. 

“Bu gün Zelenski ilə telefon danışığım olacaq. Ola bilsin ki, bu həftənin sonunda və ya növbəti həftənin əvvəlində Putinlə yenidən danışıqlar aparacağam. Bu danışıqlarda biz NATO sammitinin  nəticələrini müzakirə edib dəyərləndirməliyik”, - deyə Ərdoğan qeyd edib. O bildirib ki, danışıqlar zamanı Putinə sülhə çağırışla bağlı müraciət edəcək.

Reaksiya.az

Şərhlər