ABŞ Avropaya qaz tədarükünü artıra bilər
25.03.2022 16:42 Dünyadan reaksiya 322
ABŞ Avropaya mayeləşdirilmiş təbii qaz nəqlini artıra bilər.
Bununla bağlı ABŞ Prezidenti Co Baydenin açıqlaması gözlənilir.
Bildirilir ki, Ukraynaya müdaxilədən sonra müttəfiqlərin Rusiya enerjisindən asılılığını azaltmaq üçün uzunmüddətli təşəbbüsün tərkib hissəsi kimi qəbul edilən daşıma strateji üstünlük təmin edə bilər.
Mayeləşdirilmiş Təbii Qaz Mərkəzinə görə, ABŞ idxalının çoxu artıq Avropaya gedir. ABŞ son illərdə Avropaya ixracını əhəmiyyətli dərəcədə artırsa da, qitəyə daha çox mayeləşdirilmiş təbii qaz gətirmək problemləri ilə üzləşir, çünki bir çox zavod artıq tam gücü ilə işləyir və əksər yeni terminallar hələ planlaşdırma mərhələsindədir. Belə ki, ABŞ Avropaya daha çox qaz göndərsə də qitə onu almaqda çətinlik çəkə bilər. Terminallar paylama üçün daha az boru kəməri bağlantısı olan sahilyanı ərazilərdə yerləşir.
Həmçinin bildirilir ki, bütün Avropa zavodlarının tam gücü ilə işlədiyini fərz etsək, qazın miqdarı Rusiyanın boru kəmərlərindən tədarük etdiyi qazın yalnız üçdə ikisi ola bilər. "Rystad" qaz bazarları üzrə analitik Emily McClain bildirib ki, ABŞ unikal vəziyyətdədir, çünki o, bu qiyməti kimin ödəməyə hazır olduğundan asılı olaraq maye qazı Avropa və ya Asiyaya yönləndirilə bilən infrastruktura malikdir..
Şərhlər