BMT: Yəməndə 1000-dən çox uşaq münaqişənin qurbanı olub

20.08.2015 07:24     Dünyadan reaksiya     1769

Yəməndə silahlı münaqişə dövründə 1000-dən çox uşaq ölüb və yaralanıb.Reaksiya.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin humanitar məsələlər üzrə müavini Stiven Obrayen BMT Təhlükəsizlik Şurasına Yəməndəki vəziyyətlə bağlı  hesabat təqdim edərkən bildirib.

Onun sözlərinə görə, hazırda Yəmən əhalisinin 80 faizdən çoxunun yardıma ehtiyacı var.  

“Mən gördüklərimdən sarsıldım. Münaqişənin ağır yükü  mülki əhalinin üzərinə düşüb. Hər 5 yəmənlidən dördünün humanitar yardıma ehtiyacı var və 1,5 mln insan məcburi köçkün olub.  1000-dən çox uşaq münaqişə zamanı ölüb və yaralanıb. Döyüşlərə cəlb edilən gənclərin sayı durmadan artır”, deyə baş katibin müavini bildirib.  

Stiven Obrayen münaqişə tərəflərindən əhaliyə yardımın çatdırılmasının təmin edilməsini tələb edib və beynəlxalq humanitar hüququn pozulması faktlarının hamısının araşdırılaraq günahkar şəxslərin məsuliyyətə cəlb olunmasının vacibliyini qeyd edib.

 

Şərhlər

Çox oxunanlar