Zəhərləndiyi deyilən Abramoviç İstanbulda danışıqlarda
29.03.2022 12:45 Dünyadan reaksiya 362
İstanbulda Dolmabaxça sarayında Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçirilir.
“Qafqazinfo”nun məlumatına görə, müzakirə toplantısına zəhərləndiyi iddia olunan iş adamı Roman Abramoviç də qatılıb.
Qeyd edək ki, daha öncə “Bellingcat” tədqiqatlar qrupu Ukrayna-Rusiya danışıqlarında iştirak etmiş nümayəndə heyətinin üç üzvünün kimyəvi silahdan zəhərlənmə əlamətləri hiss etdiyinə dair məlumat yayıb. Onlardan birinin rusiyalı oliqarx Roman Abramoviç olduğu iddia edilirdi.
Qeyd edilirdi ki, söhbət 2022-ci il martın 3-dən 4-nə keçən gecə baş tutan danışıqlardan gedir.
Abramoviç və digər rusiyalı iş adamı deputat Rustem Umerovla birlikdə danışıqlarda iştirak edib:
“Həmin gecədən sonra danışıqlar qrupunun üç üzvü gözlərin və dərinin iltihabı, gözlərdə qızarıqlıq və ağrı kimi simptomları hiss edib. Simptomlar səhərə qədər səngiməyib”.
Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak isə bu məlumatı informasiya təxribatı adlandırıb.
Abramoviç danışıqlardan əvvəl Prezident Ərdoğanla danışıb.
Şərhlər