BMT: Ukrayna qaçqınlarının sayı 4 milyonu ötüb

30.03.2022 13:22     Dünyadan reaksiya     278

Ukraynadan olan qaçqınların sayı 4 milyonu ötüb.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Agentliyi məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Ukraynaya qarşı müharibəyə başlaması ilə əlaqədar fervalın 24-dən indiyə qədər 4 019 287 nəfər ölkəni tərk etməyə məcbur olub.

Onların 2.3 milyonu Polşaya keçib.

Təxminən 6,5 milyon nəfər isə Ukrayna daxilində öz evlərini tərk edib.

Reaksiya.az

Şərhlər