Boris Conson Ukraynaya “daha öldürücü” silah göndərmək istəyir
30.03.2022 13:25 Dünyadan reaksiya 372
“Böyük Britaniyanın Baş naziri Boris Conson ölkənin Nazirlər Kabinetinə bildirib ki, Ukraynaya “daha öldürücü” silah göndərmək istəyir”.
Reaksiya.az xəbər verir ki, bu barədə məlumatı “Times” yayıb.
Ölkənin Müdafiə Qərargahı belə hesab edir ki, münaqişə başqa bir fazaya keçib və bununla əlaqədar olaraq silahı dəyişmək lazımdır.
Bununla belə, Conson Ukraynaya məhz hansı silahları göndərməyə hazır olduğunu açıqlamayıb.
Şərhlər