Ərdoğandan Abramoviçin danışıqlarda iştirak etməsinə - Münasibət
31.03.2022 16:50 Dünyadan reaksiya 340
“Roman Abramoviç Ukrayna ilə danışıqlara Rusiya nümayəndə heyətinin bir üzvü olaraq qatılıb”.
“Qafqazinfo” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Əgər Rusiya və cənab Putin öz heyətinin tərkibinə Abramoviçi də daxil edibsə, bu o deməkdir ki, ona inanır, güvənir. O görüşdə hər kəslə olduğu kimi onunla da salamlaşdıq. Danışıqlara qatılan nümayəndə heyətlərinin bütün üzvlərinə uğurlar diləyirəm. Ümid edirəm ki, bu səyin nəticəsini ən qısa zamanda görəcəyik”, - deyə Ərdoğan söyləyib.
Xatırladaq ki, martın 29-u Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların növbəti raundu keçirilib. Müzakirələrdə rusiyalı biznesmen Roman Abromoviçin də iştirak etdiyi məlum olub.
Şərhlər