Rusiyada satılmayan dollar kəskin ucuzlaşdı

01.04.2022 12:19     Dünyadan reaksiya     330

Moskva birjasında dolların kursu aşağı düşüb.

Hazırda bir dolların 83,2 rubl, avronun isə 92 rubla olduğu bildirilib.

Qeyd edək ki, 28 fevraldan Moskva birjasında əməliyyatlar dayanmış, dolların satışına məhdudiyyət qoyulmuşdu. Bir neçə gün öncə birja fəaliyyətə başlasa da, banklarda dolların satışı tam qadağan edildi.

Moskva birjasındakı məzənnə yalnız dövlət ehtiyacları üçün Mərkəzi Bankın müəyyən etdiyi alışlara aiddir.

Reaksiya.az

Şərhlər