“Ərdoğanın qonağı olmaqdan şərəf duydum” - Reznikov
01.04.2022 12:21 Dünyadan reaksiya 333
Ukrayna Müdafiə naziri Aleksey Reznikov Türkiyənin İstanbul şəhərində Rusiya nümayəndələri ilə keçirilən danışıqlardan sonra açıqlama verib.
Nazir İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qonağı olmaqdan böyük qürur hissi keçirdiyini bildirib.
“İstanbulda Prezident Ərdoğanın qonağı olmaqdan şərəf duyuram. Görüş zamanı Ukraynaya siyasi və diplomatik dəstəyə görə minnətdarlığımı bildirdim. Prezidentə Rusiyanın mülki Ukrayna xalqına qarşı törətdiyi hərbi cinayətlər və infrastruktura dəyən ziyan barədə məlumat verdim”, - Reznikov söyləyib.
Müdafiə naziri Mariupoldan yaralıların təxliyəsi və humanitar yardım məsələlərini də Türkiyə lideri ilə müzakirə etdiyini deyib:
“Dövlətimizə və həyatını xilas etmək üçün Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən qaçaraq Türkiyəyə gəlmək məcburiyyətində qalan insanlarımıza göstərdiyi köməyə görə Prezident Ərdoğana və bütün türk xalqına dərin hislərimlə minnətdaram”.
Şərhlər