Ukraynada daha bir yüksək rütbəli rus zabiti öldürülüb
02.04.2022 11:55 Dünyadan reaksiya 552
Ukrayna mediası Rusiyanın daha bir yüksək rütbəli zabitinin öldürülməsi barədə məlumat yayıb.
Öldürülən şəxsin batalyon komandiri olduğunu bildirilir.
"Ukraynaya qarşı döyüşlərdə iştirak edən Şərq Hərbi Dairəsinin 35-ci ordusunun 38-ci əlahiddə motoatıcı briqadasının silahlar üzrə motoatıcı batalyonunun komandiri Ruslan Petruxin ölüb. Bu arada ruslar işğalçının ölümünü “qəhrəmanlıq” nümunəsi kimi təqdim edirlər. Sosial şəbəkələrin rus seqmentində aparılan müzakirələrdə isə ordu mayorunun “Ukraynada keçirilən xüsusi əməliyyat zamanı qəhrəmancasına həlak olduğu” deyə Ukrayna mediası yazır.
Ruslar Petruxinin əslən Özbəkistandan olduğunu, Rusiya Federasiyasının Orenburq vilayətinin Alekseyevski rayonunun Çkalovski kəndində yaşadığını bildiriblər. İşğalçı zabitin üç uşağı var.
Şərhlər