Rusiya ordusu Xarkov şəhərini atəşə tutub - Ölənlər var
04.04.2022 12:54 Dünyadan reaksiya 498
Rusiya ordusu Xarkov şəhərinin Sloboda rayonunu atəşə tutub, nəticədə ilkin məlumata görə 7 dinc sakin öldürülüb, aralarında 3 uşaq olan 34 nəfər yaralanıb.
Reaksiya.az UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Baş Prokurorluğu bildirib.
Açıqlamaya görə, qəsdən adam öldürmə, eləcə də müharibə qanunlarını və adətlərini pozma maddələri ilə cinayət işi açılıb.
Şərhlər