Kadırovun "sağ əli" Ukraynada öldürüldü

04.04.2022 13:10     Dünyadan reaksiya     454

Ukraynada Kadırov qruplaşmasının komandiri, Rusiyanın Qroznı şəhərindən olan Ruslan Əzizov (Stinqer ləqəbli) məhv edilib.

Stinqerin harada məhv edildiyi hələlik bildirilmir. Bu barədə müxalif çeçen bloger Xasan Xalitov "Telegram" kanalında məlumat verib.

Xalitov Əzizovun məhv edilməsi barədə qohumuna məlumat verən kadırovçulardan birinin telefon danışığının dinlənilməsini yayıb.

Əzizovun məhv edilməsi ilə bağlı məlumatı Odessa hərbi administrasiyasının spikeri Sergey Bratçuk da təsdiqləyib.

“Kadırovçuların özləri isə Stinqer ləqəbli komandirləri Ruslan Əzizovun ölümünü artıq təsdiqləyiblər”,- deyə Sergey Bratçuk özünün "Telegram" kanalında yazıb.


Reaksiya.az

Şərhlər