Bəhanə vaxtı deyil, ağır silahlar verməliyik

11.04.2022 13:35     Dünyadan reaksiya     290

Ukraynaya ağır silahlar lazımdır.

Reaksiya.az xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Annalena Berbok deyib.

“Aydındır ki, Ukrayna özünü müdafiə edə bilmək üçün əlavə hərbi dəstəyə ehtiyac duyur. Biz bunu beynəlxalq tərəfdaşlarımızla birlikdə edirik, avropalı tərəfdaşlarla birlikdə növbəti milyonları veririk. Amma Ukraynanın əlavə hərbi materiallara, xüsusən də ağır silahlara ehtiyacı var və indi bəhanələrə vaxt yoxdur, indi yaradıcılıq və praqmatizm vaxtıdır”, - Berbok bildirib.

Reaksiya.az

Şərhlər