Rusiya bu şəhərdəki cəsədləri yandırır - Mer
12.04.2022 13:08 Dünyadan reaksiya 501
Mariupol şəhərində 10 mindən çox dinc sakin həlak olub.
Bunu Mariupolun meri Vadim Boyçenko deyib.
O bildirib ki, bu rəqəmin 20 minə çata biləcəyi ehtimalı böyükdür.
Boyçenko Rusiyanın mühasirə qurbanlarının cəsədlərini məhv etmək üçün Mariupola səyyar krematoriyalar gətirməsi ilə bağlı iddiaların yeni təfərrüatını açıqlayıb. O qeyd edib ki, Rusiya qüvvələri cəsədlərin əksəriyyətini anbarları və soyuducuları olan nəhəng ticarət mərkəzinə köçürüb:
“Səyyar krematoriyalar yük maşınları formasında gəlib. Onları açırsan, içərisində boru var və bu cəsədlər yandırılır”.
Şərhlər