İran prezidenti İsraili HƏDƏLƏDİ

18.04.2022 15:15     Dünyadan reaksiya     361

“İsrail tərəfdən hər-hansı təhlükə baş verərsə, İran Silahlı Qüvvələri bu ölkənin mərkəzi regionuna zərbə endirəcək”.
 
TASS-a istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Ordu gününə həsr olunmuş tədbirdəki çıxışında bildirib.
 
“Əgər sizin tərəfdən bizim millətimizin təhlükəsizliyinə qarşı ən kiçik hərəkət baş verərsə, silahlı qüvvələrimiz üçün İsrailin mərkəzi hədəf olacaq”, - İbrahim Rəisi vurğulayıb.
 

Şərhlər