ŞOK İDDİA: Özbəkistana raket zərbəsi endirildi

19.04.2022 14:39     Dünyadan reaksiya     517

Özbəkistan prezidentinin mətbuat katibi Şirzad Əsədov ölkənin hərbi obyektlərinin Əfqanıstandan raket atəşinə tutulması ilə bağlı xəbərlərə münasibət bildirib.

Əsədov raket hücumu ilə bağlı məlumatların tamamilə həqiqətə uyğun olmadığını iddia edib.

Özbəkistan Müdafiə Nazirliyindən verilən məlumata görə, sərhəddə hərbi aktivlik yoxdur, vəziyyət stabildir.

MN əhalini təxribatlara uymamağa çağırıb.

Teleqram kanallarında Özbəkistana raket zərbələrinin endirilməsi haqda məlumat yayılıb. İddiaya görə, İŞİD terror təşkilatının yaraqlıları Əfqanıstan ərazisindən Özbəkistanı vurublar (Teleqraf.com).

Reaksiya.az

Şərhlər