“Obama Putinlə görüşə hazır deyil”

20.08.2015 11:07     Dünyadan reaksiya     2487

“ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə görüşə hazır deyil”.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumatı Ağ Ev yayıb.

ABŞ prezidenti administrasiyasının rəsmisi bildirib ki, Obamanın BMT Baş Assambleyasında hansı ölkə liderlərilə görüşü haqda plan hələ tutulmayıb.

Qeyd edək ki, dünən dünya mediasında hər iki prezidentin Nyu-Yorkda görüşəcəyi haqda məlumat yayılmışdı.

 

Şərhlər