Şarl Mişel: "Aİ Ermənistan-Azərbaycan dialoqunu dəstəkləməyə sadiqdir”
22.04.2022 18:24 Dünyadan reaksiya 518
Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Bu barədə Şarl Mişel "Twitter"də bildirib.
“Baş nazir Nikol Paşinyanla Cənubi Qafqazın sabit, dinc və firavan gələcəyinə doğru irəliləmək üçün gələcək işlərin perspektivlərini müzakirə etdim. Aİ Ermənistan və Azərbaycan arasında dialoqu dəstəkləməyə sadiqdir”, - Mişel qeyd edib.
Şərhlər