İrəvanda gərginlik pik həddə: Paşinyana qarşı aksiya

02.05.2022 14:41     Dünyadan reaksiya     361

Erməni müxalifəti səhər saatlarından Paşinyanın istefası tələbi ilə İrəvan küçələrini bağlamağa başlayıb. Polis mərkəzi küçələrin bir hissəsinin blokunu açmağa müvəffəq olub, onların üzərində avtomobillərin hərəkəti bərpa edilib.

Bu gün Ermənistanın müxalifət qüvvələri baş nazir Nikol Paşinyanın istefası tələbi ilə İrəvanın mərkəzi küçələrini bağlayaraq genişmiqyaslı etiraz aksiyalarına başlayıb.

Dörd istiqamətdən müxalifət fəallarından ibarət qruplar aksiyada iştirak etmək üçün İrəvana daxil olub

“Polis siyasi sifariş alıb və ona görə də onlar güc yolu ilə hərəkət etməyə çalışırlar, lakin bu, bizə mane olmayacaq”, - Ermənistan Respublika Partiyasından olan deputat Tiqran Abramyan jurnalistlərə bildirib.

Son məlumatlara görə, polis mərkəzi küçələrin bir hissəsinin blokunu açmağa müvəffəq olub, həmin küçələrlə avtomobillərin hərəkəti bərpa edilib.

Bildirilir ki, polis səhər saatlarında İrəvanın mərkəzi küçələrini bağlayan 125 fəalı saxlayıb.

Hazırda yerli informasiya portallarının canlı yayımlarından belə görünür ki, İrəvanın müxtəlif yerlərində müxalifət fəallarının saxlanması davam edir, mərkəzi küçələrin bir hissəsi hələ də nəqliyyatın hərəkəti üçün bağlanıb.

Mayın 1-də müxalifət qüvvələrinin tərəfdarları İrəvanın mərkəzindəki Fransa meydanını bağlayıb və orada zibil qablarından və küçə skamyalarından barrikadalar qurub, həmçinin çadırlar qurublar. Bazar ertəsi səhər tezdən Ermənistan paytaxtının müxtəlif yerlərində irimiqyaslı itaətsizlik aksiyaları başlayıb.(teleqraf)

Reaksiya.az

Şərhlər