Ukraynada daha bir rus generalı ÖLDÜRÜLDÜ - İDDİA

02.05.2022 15:09     Dünyadan reaksiya     511

Rusiya-Ukrayna arasındakı müharibənin 67-ci günündə Ukrayna Putinin yüksək rütbəli əməkdaşlarından birinin öldürüldüyünü iddia edib.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir  ki, Ukrayna prezidenti Zelenskinin müşaviri Oleksiy Arerestoviç Rusiyanın yüksək vəzifəli şəxslərindən biri, general-mayor Andrey Simonovun ölkənin şimal-şərqindəki İzyum şəhərində dünyasını dəyişdiyini açıqlayıb.

Elektron döyüş bölməsinin rəhbəri olan 55 yaşlı Simonovun ölümü ilə bağlı əlavə açıqlama verilməyib. Rusiya Simonovun ölümü ilə bağlı iddiaları şərh etməyib.

Məlumata görə, indiyədək Simonovla birlikdə 9 rusiyalı yüksək rütbəli hərbçi Ukraynada həyatını itirib.

Reaksiya.az

Şərhlər