NATO-nun niyyəti torpaqlarımızı ələ keçirməkdir - Putin
09.05.2022 12:16 Dünyadan reaksiya 472
NATO, şübhəsiz ki, hərbi əməliyyata başlayıb və torpaqlarımızı ələ keçirmək niyyətindədir.
Bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada Qızıl Meydanda faşizm üzərində qələbənin 77 illiyinə həsr olunan Qələbə paradında çıxışı zamanı deyib.
Putin eyni zamanda bildirib ki, Qərb Rusiyaya qulaq asmır:
“Onların başqa planları var idi. Qərb torpaqlarımızı işğal etməyə hazırlaşırdı. Onlar Donbasa və Krıma girmək istəyirdilər. Biz heç vaxt vətənimizdən ayrılmayacağıq. Vətəni qorumaq həmişə müqəddəs borcdur. İndi biz görürük ki, bütün dünya Ukraynaya ən müasir silahlar gətirir”.
Rusiya lideri vurğulayıb ki, məqsədimiz ruslara qarşı müharibəni dayandırmaqdır:
“Bu gün Donbasda döyüşən əsgərlərimiz bilməlidirlər ki, onlar bizim gələcəyimizi qoruyurlar”.
Şərhlər