Rusiya hücumun qarşısını ala bilmir, geri çəkilir

16.05.2022 12:55     Dünyadan reaksiya     591

Ukrayna ordusunun Xarkov istiqamətindəki əks-hücumunu dayandırmaq mümkün deyil.

Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.

“Ruslar da hiss edir ki, bizim əks-hücumumuzu dayandıra bilməyəcəklər. Ona görə də xaotik şəkildə geri çəkilirlər, hücumlarımızın qarşısını almaq üçün körpüləri partladırlar”, - Denisenko bildirib.

Onun sözlərinə görə, ruslar qorxurlar ki, Ukrayna ordusu onların arxasına keçə bilər, ona görə də yolu kəsməyə çalışırlar.İ(axar)

Reaksiya.az

 

Şərhlər