Qərb hələ bilmir biz kimik – Lavrov meydan oxudu

24.05.2022 13:42     Dünyadan reaksiya     357

Rusiyanın döyüş meydanında məğlubiyyətinin qaçılmazlığını bəyan edən Qərb siyasətçiləri, görünür, orta məktəbdə pis oxuyublar və Rusiyanı tanımırlar.

Bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

“Deyirlər ki, Rusiya məğlubiyyətə dözməlidir, onlar Rusiyaya qalib gələcəklər, Rusiyanı döyüş meydanında məğlub edəcəklər. Əminəm ki, siz onlardan tarixi daha yaxşı bilirsiniz. Görünür, onlar orta məktəbdə pis oxuyublar, Rusiyanı tanımırlar və keçmişdən düzgün nəticə çıxarmırlar”, - Lavrov Yevgeni Primakov adına Gimnaziyada çıxış edərkən bildirib.

O qeyd edib ki, Qərbdə rusofobiya Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlayan kimi dərhal özünü göstərdi:

“Bu isə o deməkdir ki, rusofobiya 16-cı, 17-ci, 18-ci əsrlərdə necə idisə, elə də qalıb”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar