Ukrayna MN: “Rusiya ilə döyüşlər maksimal intensivliyə çatıb”

26.05.2022 18:05     Dünyadan reaksiya     615

Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusu ilə döyüşləri maksimal intensivliyə çatıb.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar danışıb.

“Düşmən eyni vaxtda bir neçə istiqamətdə qoşunlarımızın mövqelərinə hücum edir. Qarşıda bizi son dərəcə çətin və uzun mübarizə mərhələsi gözləyir. Biz başa düşməliyik ki, bu, müharibədir və bizim tərəfimizdən itkilər qaçılmazdır”, - müdafiə nazirinin müavini bildirib.//“Report” 

Reaksiya.az

Şərhlər