Rusiya bir neçə istiqamətdə hücuma keçdi

26.05.2022 18:16     Dünyadan reaksiya     565

Ukrayna Silahlı Qüvvələrinin rus işğalçıları ilə döyüşləri bütün təmas xətti boyunca maksimum intensivliyə çatıb.

Bunu Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.

“Bu gün döyüşlər maksimum intensivliyə çatıb. Düşmən eyni vaxtda bir neçə istiqamətdə qoşunlarımızın mövqelərinə hücum edir. Qarşıda bizi son dərəcə çətin və uzun mübarizə mərhələsi gözləyir. Başa düşməliyik ki, bu, müharibədir və bizim tərəfimizdən də itkilər qaçılmazdır”, - Malyar bildirib.

Reaksiya.az

Şərhlər