ABŞ-ın Ermənistandakı yeni səfiri o ola bilər

02.06.2022 14:17     Dünyadan reaksiya     354

ABŞ-ın Ukraynadakı səfirinin müavini Alan Persell ölkənin Ermənistandakı səfiri təyin ediləcək.
 
Bu barədə məlumatı öz mənbələrinə istinadən “Joxovurd” qəzeti yayıb. 
 
Nəşr yazır ki, ABŞ-ın İrəvandakı diplomatik missiyasının hazırkı rəhbəri Linn Treysinin bu vəzifədə mandatının müddəti 2 aydan sonra başa çatır.
 
Bildirilir ki, onu məhz Kiyevdəki səfir Bricit Brinkinin müavini Alan Persell əvəz edə bilər.
 
Qeyd olunur ki, bu, Ermənistan və Ukraynadakı diplomatların “yerdəyişməsi” ilə bağlı ilk belə hal deyil. Belə ki, ABŞ-ın Kiyevdəki diplomatik missiyasının daha əvvəlki rəhbəri Mari Yovanoviç bu vəzifədən əvvəl ABŞ-ın Ermənistandakı səfiri olub.
 

Şərhlər