"Puşilin arxayınlaşmasın, gələn dəfə artilleriyamızdan dəqiq sağ çıxmayacaq..."

02.06.2022 15:15     Dünyadan reaksiya     375

"40-50 "kadırovçu" cəhənnəmə vasil olub, terrorbaşı Puşilin bu dəfə canını qurtara bilib..."

 
Ukrayna Silahlı Qüvvələri (USQ) Donetsk vilayətinin Liman şəhərinə hücum edib. Nəticədə onlarla "kadırovçu" və hərbi texnika məhv edilib.
 
Bu barədə "BBC News Ukraina" radiostansiyası məlumat yayıb.
 
Üzdəniraq "DXR" psevdorespublikasının rəhbəri Denis Puşilinin yaralanması barədə informasiya təsdiqini tapmayıb.
 
İyunun 1-də Ukrayna Daxili İşlər Nazirinin müşavirləri Anton Qeraşşenko və Viktor Andrusev bəyan ediblər ki, artilleriya zərbəsi nəticəsində 72 "kadırovçu" və "DXR" rəhbəri adı açıqlanmayan rusiyalı məmurla birgə zərər çəkib.
 
"BBC News"-un Ukrayna xidmətinin müxbirləri USQ - də öz mənbəsinə müraciət edib, o isə Qeraşşenko və Andrusevin bəyanatlarını qismən təkzib edib.
 
"Belə bir əməliyyat məlumatı var ki, Ukrayna Silahlı Qüvvələri "DXR" rəhbəri Puşilin və müəyyən edilməyən rusiyalı məmurun olduğu Liman şəhərinə artilleriya zərbəsi endirib. Puşilin zərər çəkməyib. 40-50 "kadırovçu" və iyirmiyə yaxın hərbi texnika məhv edilib.
 
 Puşilinin olduğu yerin koordinatlarını USQ-yə Ukraynanın Təhlükəsizlik Xidməti ötürüb", - bunu güc strukturunun nümayəndəsi məlumat verib və əlavə edib ki, Puşilinin yaralanması barədə informasiya yoxlanılır və təfsilatı barədə əlavə məlumat veriləcək.
 
Sonradan Puşilinin özü də rusiyalı müxbir Roman Kosarevlə söhbətində Liman şəhərində yaralanması barədə şayiələri təkzib edib və məlumat verib ki, həmin vaxt o, Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlovla Mariupolda iki şəhərin qardaşlaşması barədə müqavilə imzalayıb.
 
Anton Qeraşşenko da həmçinin təkzib dərc edib:
"Dəqiqləşdirmə: saxta "DXR" respublikasının rəhbəri Puşilin həqiqətən Liman şəhəri yaxınlığında atəş altına düşüb. Lakin Rusiyanın təbliğat kanallarında cəsarətindən danışaraq, bəyan edir ki, yaralanmadan yan keçə bilib. Eybi yoxdur, amma arxayınlaşmasın, növbəti dəfə artilleriyamızdan dəqiq sağ çıxmayacaq", - Ukrayna XİN müşaviri belə yazıb.
 
 

Şərhlər