Lavrovun Türkiyə səfərində nümayəndə heyətinin tərkibində hərbçilər də olacaq

02.06.2022 15:37     Dünyadan reaksiya     364

Rusiya xarici işlər naziri Sergey Lavrovun Türkiyəyə səfəri zamanı nümayəndə heyətinin tərkibində Müdafiə Nazirliyinin nümayəndələri də olacaq.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib. O, Lavrovun Türkiyə səfərində hərbi mövzuların da gündəmdə olacağını söyləyib.

"İndi bizim təmaslarımız olacaq, danışıqlar çox vacibdir. Lavrov ora görüşlər üçün gedir. Orada hərbi komponent də olacaq, Müdafiə Nazirliyindəki həmkarlarımız türk həmkarları ilə... Düşünürəm ki, bütün bu məsələlər müzakirə olunacaq və aydınlaşdırılacaq", deyə rusiyalı diplomat vurğulayıb.

Boqdanov iki nümayəndə heyətinə xarici işlər nazirinin rəhbərlik edəcəyini söyləyib.

Rusiya XİN başçısının müavini Türkiyə ilə təmaslara qədər Ankaranın Suriyadakı hərbi əməliyyatı ilə bağlı spekulyasiya etməməyə çağırıb.

Reaksiya.az

Şərhlər