"Bəzi ölkələrdə ərzaq böhranı başlayıb" - Çavuşoğlu
02.06.2022 18:37 Dünyadan reaksiya 455
Ukrayna ətrafındakı vəziyyət dünyanı ərzaq böhranı riski ilə qarşı-qarşıya qoyub, bəzi ölkələrdə bu proses artıq başlayıb.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
"Əvvəllər Yaxın Şərqdəki münaqişələrdən danışırdıqsa, indi bu, Avropanın mərkəzindədir. Bir tərəfdən insan dramları, digər tərəfdən enerji qiymətlərinin artması. Dünya ərzaq böhranı riski ilə üz-üzədi. Bəzi ölkələrdə bu proses artıq başlayıb, aclıqla üzləşmə riski var", - Çavuşoğlu Eskişehirdəki Osmangazi Universitetində tələbələr qarşısında çıxış edərkən deyib.
Şərhlər