Rusiyanın fərqli planı: Kiyevə yenidən hücum etməklə Qərbi...

06.06.2022 13:24     Dünyadan reaksiya     371

Rusiyanın Kiyevə raket hücumu Qərbin hərbi texnikasının tədarükünü pozmaq cəhdi olub.

Bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.

“Ötən gün Rusiyanın X-101 qanadlı raketləri dəmir yolu infrastrukturuna zərbələr endirib. Bununla da cəbhə xəttində Ukrayna bölmələrinin Qərb hərbi texnikasının tədarükünü pozmağa cəhd edib”, - Britaniya hərbi kəşfiyyatının icmalında deyilir.

Donbasdakı döyüşlərə gəlincə, Britaniya kəşfiyyatı Ukrayna qüvvələrini mühasirəyə almaq cəhdləri çərçivəsində Severodonetskdə şiddətli döyüşlər və rus qoşunlarının Slavyanska irəliləməsini qeyd edib.

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyanın İlan adasındakı fəaliyyəti Ukrayna sahillərinin blokadasına şərait yaradır və dəniz ticarətinin bərpasına, xüsusən də Ukrayna taxılının ixracına mane olur.

Reaksiya.az

Şərhlər