Lavrov: “Rusiya və Türkiyə ərzaq problemlərinin həllində maraqlıdır”

06.06.2022 15:14     Dünyadan reaksiya     414

Rusiya və Türkiyə dünyada yaranan ərzaq problemlərinin həllində maraqlıdır.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün onlayn formatda keçirdiyi mətbuat konfransında bildirib.

Türkiyəyə səfəri zamanı Ukrayna taxılının ixracı məsələsinin danışıqlar mövzusu olacağını xatırladan Rusiya XİN başçısı bildirib ki, Moskva və Ankara dünyada yaran ərzaq problemlərinin həllində maraqlıdır: “Ümid edirəm ki, Rusiya və Türkiyə Ukrayna taxılının ixracı variantlarını işləyib hazırlaya biləcəklər. Bu məsələyə prezidentlər nöqtə qoyacaqlar”.

Reaksiya.az

Şərhlər