Berbok Ukrayna səfiri ilə görüşdən imtina etdi
06.06.2022 17:18 Dünyadan reaksiya 426
Almaniya xarici işlər naziri Annalena Berbok Ukraynanın bu ölkədəki səfiri Andrey Melniklə görüşməkdən imtina edib.
Bu barədə “Bild” nəşri məlumat yayıb.
Qeyd edək ki, səfir Andrey Melnik müharibə başlayandan bəri alman hökumətini Ukraynaya lazımi dəstək verməməkdə, Rusiyaya qarşı sərt münasibət göstərməməkdə ittiham edir. Səfir hətta Almaniya kansleri Olaf Şoltsu “incimiş kolbasa” adlandırmışdı.
Reaksiya.az
Şərhlər