“İmran Xana nəsə olsa, hökuməti..." - Deputatdan şok sözlər

07.06.2022 14:00     Dünyadan reaksiya     428

Pakistanın keçmiş baş nazir İmran Xanın partiyasından olan və vəzifəsindən uzaqlaşdırılan parlamentari hökuməti “intihar hücumu” ilə hədələyib.

Teleqraf.com xəbər verir ki, Təhriki İnsaf partiyasının millət vəkili Ataullah yayımladığı videoda “İmran Xanın bir tükü zədələnərsə, hökumət liderlərini intihar hücumları ilə hədəfə alacağıq”, - deyib.

Millət vəkili "Twitter"də paylaşdığı videoda “Nə sən, nə də övladların qalacaq. Sənə ilk intihar hücumu edən mən olacam. Minlərlə insan da bunu etməyə hazırdır”, - deyə bildirib.

Aprel ayında Pakistan Milli Assambleyasında etimad səsverməsini itirən İmran Xan istefaya göndərilib.

Şahbaz Şərifin başçılıq etdiyi hökumətə İmran Xanın tərəfdarları etiraz edirlər.

Keçmiş baş nazirə qarşı sui-qəsdin olması ilə bağlı iddialar son vaxtlar ölkə mətbuatında gündəmə gəlib.

Reaksiya.az

Şərhlər