Putin dediyini etdi: Rusiyadan dünyaya ŞOK ZƏRBƏ - VİDEO

07.06.2022 14:04     Dünyadan reaksiya     476

Rusiya ordusu Nikolaevdə Ukraynanın ikinci ən böyük taxıl terminalını bombalayıb.

Bu barədə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell açıqlama verib. O bildirib ki, Rusiyanın hücumu qida böhranı ilə bağlı vəziyyəti daha da gərginləşdirəcək. Onun sözlərinə görə, terminalın bomalanması dünyanın ərzaq çatışmazlığı ilə üz-üzə olduğu bir vaxtda dünyanın qida sektoruna vurulan zərbədir. Ukraynanın rəsmi mənbələrinin məlumatına görə, hava zərbələrindən sonra içərisi taxıl ilə dolu olan anbarlar sıradan çıxıb. Nikolaev Ukraynanın ən məhsuldar taxıl bölgələrindən biridir.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya ağır silahların verilməməsi barədə xəbərdarlıq etmişdi. O bildirmişdi ki, əks təqdirdə Rusiya ordusu bu günə qədər hədəfə almayan obyektləri bombalayacaq. (Metbuat.az)

Reaksiya.az

Şərhlər